DÜNYA

D.Tramp Meksikaya görə NAFTA-dan imtina edir
28 AVQUST
227

D.Tramp Meksikaya görə NAFTA-dan imtina edir

2018-08-28 11:00:00

ABŞ Prezidenti Donald Tramp, Meksika ilə ticarət danışıqlarında razılığa gəldiklərini açıqlayıb. Fins.az xəbər verir ki, Tramp, "Oval Ofis"də Meksika Prezidenti Enrique Pena Nieto ilə telefon üzərindən bir mətbuat konfransı təşkil edib. Qüvvəyə 1994-cü ildə minmiş və ABŞ, Meksika, Kanadanın üzvü olduğu Şimali Amerika Azad Ticarət Müqaviləsinin (NAFTA) adının dəyişdiriləcəyini bildirən Tramp, yeni müqavilənin adının "ABŞ-Meksika ticarət müqaviləsi" olacağı məlumatını verib. Tramp, NAFTA-nın ABŞ-a illərdir zərər verdiyini qeyd edərək, "Hazırda qüvvədə olan müqaviləni (NAFTA) ləğv edəcəm və ABŞ-Meksika müqaviləsi qüvvəyə minəcək",-ifadəsini istifadə edib."Bu ən böyük ticarət sazişi ola bilər",- deyən Tramp, Kanada ilə də ticarət danışıqlarının qısa müddətdə başlayacağını bildirib. Tramp, Kanada ilə ayrıca müqavilə bağlana və ya Kanadanın ABŞ-Meksika arasındakı müqaviləyə qoşula biləcəyini deyib. Digər tərəfdən, Kanadanın ABŞ-dan idxal etdiyi süd məhsullarının bəzilərinə 300%-ə çatan gömrük vergisi tətbiq etdiyinə diqqəti çəkən Tramp, "Ən asanı Kanadanın avtomobillərinə gömrük tarifi tətbiq edərik, amma əvvəl onlara bir şans verəcəyik",-deyib. Meksika Prezidenti Nieto isə NAFTA -nı yeniləmək üçün ABŞ ilə aylardır çalışıldığını vurğulayaraq, "Ümid edirəm ki, Kanada da yeni müqavilənin bir hissəsi ola bilər",- şəklində danışıb.

ABŞ ilə Meksika arasında ticarət razılaşmasının təmin edildiyinin açıqlanmasının ardından Nyu-York Birjasında indekslər yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259