DÜNYA

Bu ölkə 11 mlrd. dollar kredit almaq istəyir
24 AVQUST
1562

Bu ölkə 11 mlrd. dollar kredit almaq istəyir

2018-08-24 13:49:00

Səudiyyə Ərəbistanı krallıqda iqtisadi islahatlar aparmaq üçün xarici banklardan 11 mlrd. ABŞ doları məbləğində kredit cəlb etmək niyyətindədir. Fins.az-ın məlumatına görə, "Report" xarici mətbuata istinadən xəbər verir ki,  "Saudi Aramco" neft şirkətinin səhmlərinin ilkin yerləşdirilməsi (IPO) baş tutmadığından ölkənin dövlət büdcəsində kəsir yaranıb. 

Səudiyyə Ərəbistanına kredit verəcək bankların siyahısı yaxın günlərdə bəlli olacaq. Ümumilikdə, bu prosesə 16 aparıcı bankın cəlb edilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258