DÜNYA

Türkiyə prezidenti ABŞ-a səfər edəcək
21 AVQUST
265

Türkiyə prezidenti ABŞ-a səfər edəcək

2018-08-21 10:50:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  səfər sentyabrın 25-də baş tutacaq. Səfər zamanı türk lider BMT Baş Assambleyasının iclasında iştirak edəcək. İclasda Ərdoğan Suriyadakı vəziyyət, miqrant böhranı və BMT-nin quruluşu ilə bağlı çıxış edəcək.

Türkiyə və ABŞ arasında gərginliyin yaşandığı dövrdə baş tutan səfər çərçivəsində Ərdoğanın Trampla görüşüb-görüşməyəcəyi isə yaxın vaxtlarda dəqiqləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249