DÜNYA

"Standard
18 AVQUST
377

"Standard & Poors" Türkiyənin kredit reytinqini aşağı saldı

2018-08-18 10:42:00

"Standard & Poors" (S&P) beynəlxalq kredit reytinqi agentliyi də Türkiyənin xarici valyutada kredit reytinqini "BB-"dən "B+"a endirib. Reytinqin proqnozu "sabit" olaraq təsdiq edilib. S&P-dən verilən açıqlamada, proqnozun "sabit" olaraq təsdiq edilməsinin Türkiyənin gələcək 12 aydakı risk balansını əks etdirdiyi qeyd olunub. Həmçinin S&P, Lirənin volatilliyinin yüksək olmasının və tədiyyə balansının Türkiyə iqtisadiyyatına mənfi təsir göstərdiyini edib. Agentlik, Lirənin zəif qalmasının, yüksək inflyasiyanın və yüksək cari kəsirin Türkiyənin kövrək olmasında əsas faktorlar olduğuna diqqət çəkib. Bundan əvvəl S&P May ayında Türkiyənin xarici valyutada kredit reytinqini "BB"dən "BB-"yə, milli valyutada reytinqini isə "BB+"dan "BB"yə endirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258