DÜNYA

"Moody's" Türkiyənin reytinqini aşağı salıb
18 AVQUST
348

"Moody's" Türkiyənin reytinqini aşağı salıb

2018-08-18 10:25:00

"Moody's" beynəlxalq kredit  agentliyi Türkiyənin kredit reytinqini "Ba2"dən "Ba3"ə endirib, reytinqin proqnozunu isə "sabit"dən "mənfi"yə dəyişib. Fins.az xəbər verir ki,  Agentlik Türk Lirəsinin zəifləməsinə, Mərkəzi Bankın müstəqilliyinə dair narahatlğın artmasına və hazırdakı maliyyə pisləşməsinin səbəblərini dəqiq və etibarlı bir şəkildə ortaya qoyan plan çatışmazlığına diqqət çəkilib. Yüksələn xarici maliyyələşmə riski ilə bərabər maliyyə şərtlərinin sərtləşməsinin (faizlərin yüksəlməsinin və s.) və valyutanın zəifləməsinin inflyasiyanın yüksəlməsinə və iqtisadi inkişafın zəifləməsinə səbəb ola biləcəyi qeyd edilib."Moody's" Mart ayında da Türkiyənin kredit reytinqini "Ba1"dən "Ba2"yə salmış və proqnozunu "mənfi"dən "sabit"ə dəyişmişdi.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258