DÜNYA

ABŞ-da şirkət rəhbərləri ilə işçilərin maaşları arasında fərq sürətlə artır
17 AVQUST
410

ABŞ-da şirkət rəhbərləri ilə işçilərin maaşları arasında fərq sürətlə artır

2018-08-17 17:05:00

ABŞ-ın ən böyük 350 şirkətinin rəhbər şəxsləri işçiləri ilə müqayisədə 312 dəfə çox pul qazanır. Fins.az-ın məlumatına görə, "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Vaşınqtonda yerləşən İqtisadi Siyasət İnstitutunun araşdırmasında bildirilir. 

Araşdırmanın nəticələrinə əsasən, 2017-ci ildə şirkət rəhbərlərinin maaşları 17,6%, işçilərin məvacibləri isə cəmi 0,3% artıb. Bəzi işçilər hətta 9 ildə maaş artımı görməyiblər, çünki ABŞ-da hər saat üçün minimal maaş bir neçə ildir ki, 7,25 dollardır. 

İnstitutun mütəxəssisləri bildiriblər ki, ABŞ-da şirkət rəhbərləri ilə işçilərin maaşları arasında fərq sürətlə artır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259