DÜNYA

Türkiyə "Apple"dan imtina edir
17 AVQUST
193

Türkiyə "Apple"dan imtina edir

2018-08-17 09:36:00

İri Türkiyə şirkətləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika istehsalı olan elektron məhsulların boykot edilməsinə çağıran çıxışından sonra “Apple” firmasından smartfon alışını dayandırıblar. Fins.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki,  “Dogubank” təqribən 50 milyon dollar dəyərində “iPhone” sifarişindən imtina edib. Smartfonlar cari ilin oktyabr-noyabr aylarında ölkəyə gətirilməli idi. Bundan başqa bir çox başqa Türkiyə şirkətləri də ABŞ  bütün elekronika məhsullarının tədarükünü dayandırırlar.

ABŞ-dan elektron məhsul alışının boykot edilməsi Birləşmiş Ştatların sanksiyalarına cavab olaraq tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255