DÜNYA

Donald Tramp neftin ucuzlaşması üzrə proqramın icrasına başlayıb
16 AVQUST
454

Donald Tramp neftin ucuzlaşması üzrə proqramın icrasına başlayıb

2018-08-16 16:18:00

ABŞ prezidenti Donald Tramp neftin qiymətinin ucuzlaşması üzrə proqramın icrasına başlayıb. Fins.az-ın məlumatına görə,"Report" xəbər verir ki, bunu "Vesti Ekonomika" yazıb.

Nəşrin məlumatına görə, əvvəlcə D.Tramp OPEC-ə daxil olan ölkələrin hərəkətlərini tənqid edib və onlardan dərhal neftin qiymətini aşağı salmağı tələb edib. Bununla paralel olaraq, ABŞ Konqresində neft bazarının kartel manipulyasiyasına görə mühakimə etməyə imkan verəcək qanun layihəsinin işlənib hazırlanmasına başlanılıb.

Bildirilib ki, bu, təcrübədə aşağıdakı kimi reallaşacaq: ABŞ OPEC və OPEC+ ilə bağlı dövlət şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək. Bunun ardından göstərilən təşkilatlarla əməkdaşlığı dayandırmayanlara qarşı sanksiyaların ikinci mərhələsi başlayacaq.

Bu addımlar Səudiyyə Ərəbistanı üçün neft hasilatını artımağa və neft bazarında vəziyyətin sabitləşdirilməsi üzrə Rusiya ilə razılaşmanı qismən rədd etməyə kifayət edib. Səudiyyə Ərəbistanı istehsal həcmini son 4 ildə rekord səviyyəyə qədər artırıb və son iki ayda bazara çıxardığı neft məhsullarının qiymətini bir qayda olaraq, azaldıb.

Qeyd edək ki, həmçinin ABŞ-ın neft tədarükünün həcmi də artıb. Ötən həftə ABŞ-ın xarici ölkələrdən idxal etdiyi neftin miqdarı sutkada 8 milyon bareldən 9,1 milyon barelə qədər yüksəlib. Bu, sutkalıq ixracını 1/3 dəfə - 1,24 milyon berelə qədər artıran Səudiyyə Ərəbistanının sayəsində baş verib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259