DÜNYA

Türkiyə ABŞ-a ən çox borc vermiş ölkələrin siyahısından çıxıb
16 AVQUST
244

Türkiyə ABŞ-a ən çox borc vermiş ölkələrin siyahısından çıxıb

2018-08-16 12:28:00

Bu ilin iyun ayında Türkiyə ABŞ-ın dövlət borcu istiqrazlarına investisiyaları azaldıb. Fins.az-ın malumatına görə,"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla da Türkiyə ABŞ-a ən çox borc vermiş ölkələrin siyahısından çıxıb. 

Məlumata görə, iyunun sonunda sözügedən investisiyaların məbləği 28,8 mlrd. ABŞ dolları təşkil edib. Halbuki, mayın yekununda bu rəqəm 32,6 mlrd. dollar təşkil edib. 

Xatırladaq ki, Türkiyə ABŞ-ın dövlət borcu istiqrazlarına investisiyaları ötən ilin noyabr ayından azaltmağa başlayıb. Həmin vaxt adı çəkilən maliyyə alətlərinə investisiyaların dəyəri 61,2 mlrd. dollar təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249