DÜNYA

Dövlət Departamenti: ABŞ-ın Türkiyənin iqtisadi problemlərində rolu yoxdur
15 AVQUST
117

Dövlət Departamenti: ABŞ-ın Türkiyənin iqtisadi problemlərində rolu yoxdur

2018-08-15 10:18:00

Türkiyənin iqtisadi problemlərinin Vaşinqtonun Ankaraya qarşı yürütdüyü siyasətlə heç bir əlaqəsi yoxdur.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert bildirib.

“İqtisadçılar sizə deyə bilər: Türkiyədə baş verənlər ABŞ-ın hazırkı siyasəti, həmçinin bu və ya digər davranış çərçivəsi xaricindədir.

İqtisadi problemlər bizim iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq etməyimizdən sonra başlamadı”, - Nauert deyib.

O, həmçinin Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Amerikanın elektron məhsullarını boykot edəcəklərinə dair bəyanatını şərh edib: 

“Bunun həqiqətən də baş tutacağını təsdiq edə bilmərəm. Biz bunun Ankaranın real siyasəti olub-olmadığını anlamaq üçün gözləyəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249