DÜNYA

Türkiyə ABŞ-dan alınan avtomobil, tütün və spirtli içkinin idxal rüsumlarını qaldırır
15 AVQUST
126

Türkiyə ABŞ-dan alınan avtomobil, tütün və spirtli içkinin idxal rüsumlarını qaldırır

2018-08-15 10:06:00

Türkiyə ABŞ-ın sanksiyalarına cavab olaraq bir sıra Amerika məhsullarının idxal rüsumlarını kəskin qaldırıb.

Fins.az xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı "Resmi Gazete" nəşrində dərc olunub.

Sənədə əsasən, Birləşmiş Ştatlardan idxal olunan tütün məmulatlarının rüsumu 60%, spirt məhsullarının rüsumu 140%, avtomobillərin rüsumu 120%, kosmetika məmulatlarının rüsumu 60%-dək, düyü 50%, meyvə isə 20% qaldırılıb. Rüsumlar bir sıra digər Amerika məhsullarında da qaldırılıb.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249