DÜNYA

Avropa İttifaqı bu vaxtadək ABŞ-dan 2,8 milyard kubmetr LNG idxal edib
10 AVQUST
75

Avropa İttifaqı bu vaxtadək ABŞ-dan 2,8 milyard kubmetr LNG idxal edib

2018-08-10 10:58:00

Avropa İttifaqının (Aİ) ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxalı (LNG) 2,8 milyard kubmetrə çatıb.

Fins.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Bildirilir ki, ABŞ-dan LNG idxalına 2016-ci ilin aprel ayından başlanılıb. Həmin tarixdən bu vaxtadək 2,8 milyard kubmetr LNG idxal edilib.

“Aİ enerji təhlükəsizliyini təmin etmək və mənbələri şaxələndirmək üçün ABŞ-dan daha çox mayeləşdirilmiş təbii qaz idxal edəcək”, - deyə məlumatda qeyd olunur.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker deyib: “Aİ ABŞ-dan daha çox LNG idxalını təmin etməyə hazırdır. Məqbul qiymətə olduğu təqdirdə ABŞ-dan artan LNG idxalı Aİ-nin qaz tədarükündə strateji rol oynaya bilər. Lakin ABŞ-ın da LNG ixracında bürokratik maneələri aradan qaldıraraq öz rolunu oynaması lazımdır. Hər iki tərəfin də enerji sahəsində bir-biri ilə əməkdaşlıq etməklə qazanacağı çox şey var”.

Qeyd edək ki, Aİ və ABŞ arasında LNG ticarəti 2016-cı ilin aprel ayında ilk tankerin Portuqaliyanın Sines limanına gəlməsi ilə başlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251