DÜNYA

Türkiyə üçüncü AES-i Çinlə birgə tikəcək
09 AVQUST
215

Türkiyə üçüncü AES-i Çinlə birgə tikəcək

2018-08-09 10:20:00

Türkiyənin Avropa hissəsində - Frakiyada tikilməsi planlaşdırılan üçüncü atom elektrik stansiyası layihəsi Çinlə birgə reallaşdırılacaq.

Fins.az-ın məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

O bildirib ki, hələlik AES-in tikiləcəyi yer müəyyən edilməyib:

“Türkiyədə ən çox elektrik enerjisi İstanbul və Mərmərə regionunda istehlak olunur. Ona görə də AES-in tikintisi üçün ən optimal yer olaraq Frakiyanı görürük. Mühəndis işlərindən sonra dəqiq yer müəyyənləşdiriləcək”.

Nazir qeyd edib ki, Çin AES tikintisini ən fəal həyata keçirən ölkələrdən biridir:

“Bundan başqa, onlar texnologiyanın təhvil verilməsi məsələsində açıqdırlar. Ona görə də üçüncü AES-in Çinlə birgə tikəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256