DÜNYA

Şiddətli istilər davam edəcək
03 AVQUST
238

Şiddətli istilər davam edəcək

2018-08-03 09:41:00

Pireney yarımadasında havanın temperaturu 50 dərəcəyə qalxa bilər. Fins.az xarici mediaya istinadən xəbər verir ki, yarımadanın iki ölkəsi - İspaniya və Portuqaliyada Avropanın istilik rekordu qırıla bilər.

Bildirilir ki, temperatur göstərilən dərəcəyə qalxarsa, 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada qeydə alınmış 48 dərəcəlik rekord təzələnəcək.

Qeyd edək ki, Avropada yüksək temperatura səbəb kimi Afrikadan gələn isti hava kütlələri göstərilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254