DÜNYA

Donald Tramp ABŞ-da miqrantların həbsxanalarda saxlanma şəraitinə görə məhkəməyə verilib
02 AVQUST
102

Donald Tramp ABŞ-da miqrantların həbsxanalarda saxlanma şəraitinə görə məhkəməyə verilib

2018-08-02 16:22:00

ABŞ-da hüquq müdafiəçiləri qeyri-leqal miqrantların həbsxanalarda saxlanma şəraiti ilə əlaqədar ABŞ prezidenti Donald Trampın administrasiyasına, ABŞ İmmiqrasiya-Gömrük Polisinə (ICE) və Federal Həbsxana Bürosuna qarşı iddia qaldırıb.

Fins.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı hüquq müdafiəsi təşkilatı olan Amerika Vətəndaş Azadlıqları İttifaqının (ACLU) saytında dərc olunan press-relizdə bildirilir.

"Məhkəmədən İCE-yə qanunsuz şəraiti dərhal düzəltmək və yekunda saxlanılanların həbsxanadan nəql olunması ilə bağlı göstəriş verməsini xahiş edirik" - bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, həbsxanada məhkumlara, hər şey bir kənara, lazımi tibbi yardım göstərilmir, eləcə də normal yemək verilmir.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254