DÜNYA

İyul ayında təqribən 100 nəfər günvurmadan dünyasını dəyişib
02 AVQUST
129

İyul ayında təqribən 100 nəfər günvurmadan dünyasını dəyişib

2018-08-02 11:50:00

Ötən ay Tokio sakinləri arasında vəfat edənlərin təqribən 96-sı günvurma nəticəsində dünyasını dəyişib.

Fins.az Tokio Polis İdarəsinə istinadla xəbər verir ki, vəfat edənlər əsasən 40-100 yaş arasında olublar. Cari ildə dünyasını dəyişən insanların sayı ötən illə müqayisədə təqribən dörd dəfə çox olub. Belə ki, ötən il cəmi 25 ölüm hadisəsi qeydə alınmışdı.

Hadisələrdən biri Kita rayonunda qeydə alınıb. Səhiyyə xidmətçisi 84 və 93 yaşlarında iki bacını evlərində ölü halda aşkar edib. Onun dediyinə görə, evin pəncərələri açıq olub və mənzildə kondisioner olmayıb.

Tokio Yanğınsöndürmə İdarəsi sakinlərə sudan müntəzəm istifadəni və kondisionerləri işlək saxlamağı tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257