DÜNYA

İstidən ölənlərin sayı 5 dəfə artacaq
01 AVQUST
156

İstidən ölənlərin sayı 5 dəfə artacaq

2018-08-01 12:56:00
2080-ci ilə qədər tropik və subtropik regionlarda anomal istilərdən ölənlərin sayı 5 dəfə artacaq.
Fins.az xəbər verir ki, Melbrunda yerləşən Monaşa Universitetinin alimləri bununla bağlı araşdırma aparırlar. Alimlər belə bir qənaətə gələrkən, istixana qazlarının atmosferə buraxılmasını, insanların ətraf mühitin dəyişkən şərtlərinə uyğunlaşa bilməsi və ölkələrdə əhalinin sıxlığı ehtimallarını nəzərə alıblar.

Ən pessimist ssenarilərdən biri odur ki, 1971-2010-ci illərlə müqayisədə Avstraliyanın 3 şəhərində anomal hava şəraitindən ölənlərin sayı 471 faiz artacaq. Həmçinin Hindistan, Yunanıstan, Yaponiya və Kanadada ölüm hallarından kəskin artım qeydə alınacaq. Vəziyyəti yanğın və quraqlıq daha da ağırlaşdıracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254