DÜNYA

İspaniyada taksi sürücüləri tətil edirlər
01 AVQUST
165

İspaniyada taksi sürücüləri tətil edirlər

2018-08-01 09:23:00

Taksi sürücülərinin tətili İspaniyanın bütün şəhərlərində nəqliyyatın hərəkətini iflic edib. Artıq digər böyük şəhərlər də Barselona və Madriddə başlayan tətilə qoşulublar.

Fins.az xəbər verir ki, İnkişaf Nazirliyinin əməkdaşları ilə görüşən tətilçilər yeni lisenziyaların ləğv edilməsi, bu səlahiyyətlərin muxtar vilayətlərə verilməsi, “Uber” və “Cabify” şirkətlərinin xidmətlərini qeydə alan və onlara nəzarət edən internet portalının yaradılması tələblərini irəli sürüblər.

Tətilin başa çatması taksi sürücüləri və İnfrastruktur, Nəqliyyat və Mənzil üzrə Dövlət Katibliyi arasında Madriddə keçirilən görüşdə əldə olunacaq razılaşmadan asılıdır. Hazırda İspaniyanın iri şəhərlərində nəqliyyatın hərəkəti dayandırılıb və bunun hadisələrin başlanğıcı ola biləcəyi də istisna edilmir.

Bundan başqa, tətilin siyasi təsiri də hiss olunur. Belə ki, iki siyasi partiyanın nümayəndələri inkişaf naziri Xose Luis Abalosun parlamentə gəlib izahat verməsini tələb ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255