DÜNYA

Xalq dövlətin borcunu ödəyir – 41 MİLYON DOLLAR
30 İYUL
178

Xalq dövlətin borcunu ödəyir – 41 MİLYON DOLLAR

2018-07-30 10:24:00
Ölkənin xarici borcunu ödəmək üçün 41 milyon dollar yığılıb.

Fins.az xəbər verir ki, Malayziya xalqı ölkənin xaicə olan borcunu ödəmək üçün 2 ayda 41 milyon dollar yığıb. Belə ki, hökumət, xalqdan maddi dəstək almaq üçün “Ümid Fondu” adlı fond yaradıb.

Ölkənin Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada, fondu yaradarkən yığılacaq məbləğlə bağlı hər hansı hədəf qoyulmadığı və hazırda yığılan məbləğin ölkənin ehtiyacları üçün xərclənəcəyi bildirilib.

Qeyd edək ki, ölkənin xarici dövlətlərə olan borcu 252 milyard dollara çatıb. Bu səbəblə nazirlərin maaşları 10% aşağı salınıb.

© Kommersant.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256