DÜNYA

NASA Marsda yaşayış layihələrini təqdim edib – VİDEO
30 İYUL
100

NASA Marsda yaşayış layihələrini təqdim edib – VİDEO

2018-07-30 09:46:00

ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsi (NASA) Marsda astronavtlar üçün yaşayış yerinin hazırlanması üzrə yarışmanın finalçılarını seçib.

Fins.az-ın məlumatına görə, birinci yerə Arkanzasdan olan komanda çıxıb. Onların fikrincə, robotlar Marsda evin tikilməsi üçün zəruri resursları toplayacaq, bundan sonra isə evi 3D-printerlər vasitəsi ilə çap etmək mümkün olacaq.

Müəliflər bildirir ki, bu texnologiya binanın sahəsini, bununla yanaşı sakinlərin sayını da artırmağa imkan verəcək.

Ən yaxşı beş layihənin yaradıcıları öz aralarında 100 min dollar məbləğində mükafat fondunu bölüşdürüblər. Onların işləri NASA-nın rəsmi saytında yerləşdirilib.

Dünyanın hər yerindən 18 komandanın iştirak etdiyi yarışma 2014-cü ildə elan olunub. Təşkilatçılar ümid edir ki, iştirakçılar insanlığı yeni planetlərin müstəmləkələşdirilməsinə yaxınlaşdıra biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251