DÜNYA

Sorğu: Britaniyalıların 40%-dən çoxu "Brexit"in şərtlərilə bağlı referendum keçirilməsini istəyir
27 İYUL
97

Sorğu: Britaniyalıların 40%-dən çoxu "Brexit"in şərtlərilə bağlı referendum keçirilməsini istəyir

2018-07-27 13:37:00

Britaniyalıların, demək olar, yarısı Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının yekun şərtləri üzrə referendum keçirilməsini istəyir.

Fins.az xəbər verir ki, "YouGov" sosiologiya xidməti tərəfindən keçirilən və 1600-dən çox Britaniya vətəndaşının qatıldığı ictimai rəy sorğusuna əsasən, respondentlərin 42%-i "Brexit"in şərtləri üzrə plebissit ideyasını dəstəkləyib, 40%-i ona qarşı çıxıb və 18%-i qərar verə bilməyib.

Qeyd edilir ki, bu, belə səsvermə ideyasının tərəfdarlarının sayının ona qarşı olanların sayından çox olduğu ilk haldır.

Xatırladaq ki, Böyük Britaniyada "Brexit" üzrə referendum zamanı avrointeqrasiyaya qarşı olanlar 51,1% göstərici ilə qalib gəlib. "Brexit" üzrə danışıqlar 2018-ci ilin noyabr ayına qədər davam etməlidir, bundan sonra əldə olunmuş razılaşmalar Avropa Parlamenti və Vestminster tərəfindən təsdiq edilməlidir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251