DÜNYA

Tramp Aİ ölkələrindən alınan avtomobillər üçün tariflər tətbiq olunmayacağını vəd edib
26 İYUL
59

Tramp Aİ ölkələrindən alınan avtomobillər üçün tariflər tətbiq olunmayacağını vəd edib

2018-07-26 14:41:00

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Ağ evdə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşüb. Bu görüşdə Tramp Aİ ölkələrindən avtomobil idxalına tariflər tətbiqindən imtina etməyə razılaşıb.

Fins.az xəbər verir ki, Yunker Trampın bu addımını “iri konsessiya” adlandırıb. Tramp və Yunker bildiriblər ki, danışıqlar həm də Avropa tərəfindən rüsumlar tətbiq edilməsinə cavab kimi, polad və alüminium idxalı üçün Amerikada tariflər məsələsinin “həllinə” yönəldiləcək. Bu, amerikalı metal istehsalçıları üçün Trampın proteksionizm siyasətindən geri çəkilmək olacaq. Tramp deyib ki, Avropa ABŞ-dan maye təbii qaz alınmasının həcmini artırmağa və amerikalı soya istehsalçıları üçün ticarət maneələrini azaltmağa razılaşmaqla, ABŞ fermerlərinə və bu ölkənin enerji sektoruna kömək etmiş olacaq.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254