DÜNYA

Yeni Zelandiya Avstraliyadan bayrağını dəyişməyi tələb etdi
26 İYUL
194

Yeni Zelandiya Avstraliyadan bayrağını dəyişməyi tələb etdi

2018-07-26 11:45:00

Yeni Zelandiyanın baş naziri vəzifəsini icra edən Uinston PetersAvstraliyadan bayrağını dəyişməsini və öz dizaynını tapmasını tələb edib.

Fins.az xəbər verir ki, baş nazir Avstraliyanı ölkəsinin bayrağının surətini təkrarlamaqda ittiham edib. 

“Biz artıq uzun illərdir ki, bu bayrağa malikik. Onlar isə bizim bayrağın oxşarını yaradıblar və indi də onu dəyişməlidirlər. Çünki biz daha öncə belə bir bayraq seçmişik və o, baş nazir və onun varisləri tərəfindən təsdiqlənib”, - Peters deyib.

Yeni Zelandiyanın bayrağı Avstraliya bayrağından 50 il əvvəl, 1902-ci ildə təsdiqlənib. Avstraliya isə öz bayrağını 1954-cü ildə təqdim edib.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259