DÜNYA

ABŞ Beynəlxalq ticarətdə bir il ərzində 817 milyard dollar itirib
26 İYUL
71

ABŞ Beynəlxalq ticarətdə bir il ərzində 817 milyard dollar itirib

2018-07-26 10:23:00

ABŞ-ın keçən il beynəlxalq ticarətdəki itkiləri 817 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində məlumat verib.

"Hər dəfə növbəti zəif siyasətçinin ticarət danışıqlarını dayandırmaq və ədalətsiz tariflərə qarşı mübarizə üçün rüsumların ləğv etmək tələbini eşidəndə öz-özümə təəccüblə fikirləşirəm ki, görəsən, onlar nə barədə düşünür? Həqiqətənmi, fəaliyyətsiz qalmağa davam edib fermerlərimizin, ölkəmizin qarət edilməsinə imkan verəcəyik? Ötən il digər ölkələrlə ticarətdə 817 milyard dollar itirmişik. Heç bir zəiflik göstərmək olmaz!", - D.Tramp yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251