DÜNYA

Makedoniyanın NATO-ya üzvlüyü ilə bağlı danışıqlar başlayıb
26 İYUL
45

Makedoniyanın NATO-ya üzvlüyü ilə bağlı danışıqlar başlayıb

2018-07-26 10:05:00

Makedoniyanın NATO-ya üzvlüyü ilə bağlı rəsmi danışıqlara start verilib.

Fins.az xəbər verir ki, NATO-nun nümayəndə heyəti bu məqsədlə Makedoniyaya səfər edib. 

NATO-nun Siyasət və təhlükəsizlik şöbəsinin Avroatlantik və qlobal əməkdaşlıq üzrə direktoru Ceyms Makkeyin rəhbərlik etdiyi nümayəndə heyəti Skopyedə Makedoniyanın baş naziri Zoran Zaevlə görüşüb. Z. Zaev bildirib ki, ölkəsi ilə NATO arasındakı əlaqələrin hazırkı mərhələsi təhlükəsizlik və sabitliyin təminatına aparır, bu isə Makedoniyanın iqtisadi inkişafı üçün əlavə imkanlar açır. 

“Makkey qeyd etdi ki, onun səfəri Makedoniyanın üzvlüyü ilə bağlı danışıqların artıq başlanmasına dair dəqiq və aydın siqnaldır. Yaxın vaxtlarda təxminən iki-üç həftədən bir ölkəmizə NATO-dan işçi qrupları gələcək və lazımi addımları, NATO-ya üzvlük barədə standartları bizim işçi qruplarla müzakirə edəcəklər”, - deyə Makedoniya hökumətinin mətbuat xidməti baş nazirin adından bildirib.

Qeyd edək ki, NATO-nun 11-12 iyulda Brüsseldə keçirilən zirvə toplantısında Makedoniya rəsmi şəkildə NATO-ya qatılmağa dəvət alıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253