DÜNYA

Tramp: “Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar”
26 İYUL
55

Tramp: “Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar”

2018-07-26 09:55:00

Əldə edilən razılaşmalara uyğun olaraq Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar.

Fins.az-ın xəbərinə görə, bu barədə özünün “Twitter” hesabında ABŞ prezidenti Donald Tramp yazıb.

“Sənədlər üzərində iş artıq başlayıb və proses sürətlə gedir. Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar. Eyni zamanda gördüyümüz işlərdən faydalanacaqlar”, D.Tramp yazıb.

ABŞ prezidenti Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşünü yüksək qiymətləndirib: “Heç kimin gözləmədiyi halda mühüm irəliləyişə nail olduq”.

Qeyd edək ki, Ağ Evdə keçirilmış görüşdə tərəflər ABŞ-dan Avropa İttifaqına mayeləşdirilmiş təbii qazın ixracının artırılması, rüsumların azaldılması və bir sıra digər məsələlərə dair razılığa gəliblər.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251