DÜNYA

May ayında Türkiyədə neft və neft məhsullarının idxalı azalıb
25 İYUL
137

May ayında Türkiyədə neft və neft məhsullarının idxalı azalıb

2018-07-25 12:36:00

Türkiyədə neft və neft məhsullarının idxalı 2018-ci ilin may ayında ötən illə müqayisədə 12,13% azalaraq 3 milyon 489 min tona düşüb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarının Tənzimləmə İdarəsinin (EPDK) hesabatında bildirilib.

Hesabata əsasən, may ayında xam neftin idxalı ötən illə müqayisədə 30,98% azalaraq 1 milyon 802 min tona bərabər olub.

Bu dövrdə neft idxalında ən böyük pay İrana düşüb - 930 min ton. Sonrakı yerlərdə İraq (352 min ton) və Səudiyyə Ərəbistanı (210 min ton) qərarlaşıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259