DÜNYA

Ödənişli hərbi xidmət şərtinə dəyişiklik qəbul edildi
24 İYUL
1482

Ödənişli hərbi xidmət şərtinə dəyişiklik qəbul edildi

2018-07-24 11:53:00

Türkiyə Böyük Millət Məclisi (TBMM) və Büdcə Komissiyasının birgə qəbul edilmiş qərarına əsasən, ödənişli hərbi xidmətdən yararlanmaq üçün  28 günlük əsgərlik şərti 21-ə endirildi.

Fins.az xəbər verir ki, qərar qəbul edilməzdən qabaq Əsgərlik qanunu ilə yanaşı, digər qanunların üzərində əlaqəli şəkildə təxminən 6 saatlıq müzakirə aparılıb.

Müzakirələrdən sonra verilən açıqlamada deyilib:

“Xarici valyuta ilə ödənişli hərbi xidmətdə yaş şərtini aradan qaldıran və 2 min avro ödəyib Müdafiə Nazirliyi tərəfindən veriləcək distant təhsil alanların əsgərliyini yerinə yetirmiş sayılmasını nəzərdə tutan təklif qəbul edildi”. 

28 günlük hərbi xidmət keçmək şərti 21 günə endirilib. Ödəniş 15 min lirə, yaş həddi isə 25 olaraq müəyyənləşdirilib. 

Xaricdə yaşayıb ödənişli hərbi xidmətdən yararlanmaq istəyənlər isə bundan sonra min yox, 2 min avro ödəyəcək. Onlar üçün 38 yaş həddi isə aradan qaldırılır. 

© Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259