DÜNYA

Bu ölkədə hiperinflyasiya 1 milyon faizə çata bilər
24 İYUL
112

Bu ölkədə hiperinflyasiya 1 milyon faizə çata bilər

2018-07-24 11:28:00

 Venesuelada inflyasiya 2018-ci ilin sonuna qədər 1 milyon faizə çata bilər.

Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Latın Amerikası üzrə baş iqtisadçısı Alexandro Vernera bildirib.

Onun sözlərinə görə, bu, Venesuelanı 1923-cü ilin Almaniyasına və ya 2000-ci illərin ilk onilliyinin sonlarındakı Zimbabveyə bənzədir.

Vernera, həmçinin ölkədə iqtisadi fəaliyyətdə kollaps, hiperinflyasiya yarana və əhalinin tədarükünün pisləşə biləcəyini düşünür. O qeyd edib ki, belə vəziyyət qonşu dövlətlərə miqrant axınının daha da artmasına səbəb olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251