DÜNYA

Bu ölkə seçkilərin keçirilməsinə 100 milyon dollar ayıracaq
24 İYUL
177

Bu ölkə seçkilərin keçirilməsinə 100 milyon dollar ayıracaq

2018-07-24 09:45:00

Fransa hökuməti Liviyada prezident və parlament seçkilərinin keçirilməsi üçün 100 milyon ABŞ dolları ayıracaq.

Fins.az-ın verdiyi xəbərə görə, bunu Tripolidə səfərdə olan Fransanın xarici işlər naziri Jan-İv Le Drian bəyan edib.

Fransalı nazir iyulun 23-də Liviya Milli Barışıq Hökumətinin başçısı Faez Mustafa Sərrac və bu ölkənin XİN rəhbəri Məhəmməd Tahir Siala ilə görüşüb. 

Qeyd edək ki, Liviyada prezident və parlament seçkiləri dekabrın 10-da keçiriləcək. Bununla bağlı müvafiq razılaşma mayın 29-da Parisdə əldə edilib. Ölkəni təmsil edən siyasi qüvvələr  səsvermənin nəticələrini tanıyacaqlarını bəyan ediblər.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faez Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260