DÜNYA

Almaniyadan Türkiyəyə SÜRPRİZ
23 İYUL
132

Almaniyadan Türkiyəyə SÜRPRİZ

2018-07-23 11:11:00

Almaniya Türkiyəyə tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etdiyini, səyahət xəbərdarlığını isə yüngülləşdirdiyini elan edib.

Fins.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat Nazirliyindən verilən açıqlamaya görə, ixracatçı alman şirkətlərinin iqtisadi zərərdən qorunmasını nəzərdə tutan "Hermes zəmanəti" çərçivəsində Türkiyəyə tətbiq edilən 1,5 milyard avroluq sanksiya aradan qaldırılır.

Bu sanksiya 2017-ci ildə aralarında insan haqları müdafiəçisi Piter Steudtner və jurnalist Dəniz Yücelin də olduğu alman vətəndaşlarının Türkiyədə həbsindən sonra tətbiq edilmişdi. Bundan sonra Almaniya Türkiyəyə səyahət edən vətəndaşlarına da xəbərdarlıq hazırlamış, Ankara ilə Avropa Birliyi arasındakı Gömrük İttifaqı görüşlərinə mane olmuşdu. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259