DÜNYA

ABŞ və Avropa arasında iqtisadi müharibə elan edilib
23 İYUL
70

ABŞ və Avropa arasında iqtisadi müharibə elan edilib

2018-07-23 10:40:00

Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mer, ABŞ və Avropa arasında iqtisadi müharibənin başladığını elan edib. 

“G20-də hər kəs ticarət savaşının dünya iqtisadiyyatının inkişafı üçün təhlükə yaradan bir reallıq olduğunu bilir. Mən ABŞ-a sağlam şəkildə düşünməyi, qaydalara və öz müttəfiqlərinə hörmət etməyi xahiş edirəm”- deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Ağ Ev ilk addımı atmasa, Avropa Komissiyasının ticarət dialoqu üzrə rəsmi təklifi ilə bağlı danışıqlar mümkün olmayacaq. Avropanın da cavab tədbirlərini tətbiq etməkdən başqa heç bir şansı qalmayacaq.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253