DÜNYA

İsrail rəsmən yəhudi dövləti oldu
20 İYUL
417

İsrail rəsmən yəhudi dövləti oldu

2018-07-20 10:17:00

Knesset ikinci və üçüncü oxunuşdan sonra İsrail dövlətinin milli xarakteri haqqında qanunu qəbul edib. Bu, İsrailin yəhudi xalqının milli dövləti olduğu statusunu göstərən ölkənin tarixində ilk qanunvericilik aktıdır.

Fins.az  xəbər verir ki, qanuna əsasən, İsrail yəhudi xalqının öz müqəddaratını təyin etmə, dini və mədəniyyət hüquqları olan milli dövlətidir. 

Qanun layihəsində göstərilib ki, vahid Qüds İsrailin paytaxtıdır. 

Bundan başqa, yeni qanuna əsasən, ivrit dili yeganə dövlət dili elan olunub, ərəb dilinə isə xüsusi status verilib. Sonuncu maddə gərgin müzakirələrə səbəb olub. 

Qanunun ikinci və üçüncü oxunuşda müzakirəsi 12 saat davam edib. Deputatlardan 62-si qanunun lehinə, 55-i əleyhinə səs verib. Avi Dixter qanunun qəbulundan sonra bildirib:

“Biz bunu etdik. Biz Qertsl və Ben Qurionun başladığını bitirdik. Biz tarixi anı yaşayırıq”. 

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255