DÜNYA

Futbol tarixinin ən bahalı qapıçısı – MƏLUM OLDU
20 İYUL
1860

Futbol tarixinin ən bahalı qapıçısı – MƏLUM OLDU

2018-07-20 09:44:00

“Roma” klubunun qapıçısı Alison Beker “Liverpul"a keçib.

Fins.az-ın məlumatına görə, bu barədə “Roma”nın mətbuat xidməti açıqlama yayıb.

Transferin qiyməti 62,5 milyon avro təşkil edir. Gələcəkdə transferin məbləği müxtəlif bonusların hesabına 10 milyon avro arta  bilər. Beləliklə, Alison Beker futbol tarixinin ən bahalı qapıçısı olub. 

25 yaşlı Alison Beker 2016-cı ildə Braziliyanın “İnternasional” klubundan “Roma”ya keçib.  Transferin qiyməti 8 milyon avro təşkil edib.

Alison Beker Rusiya keçirilən dünya çempionatında Braziliya yığmasının əsas qapıçısı olub.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251