DÜNYA

ABŞ-da seçkilərə müdaxilə edənlərə qarşı sanksiyalar sərtləşdiriləcək
19 İYUL
124

ABŞ-da seçkilərə müdaxilə edənlərə qarşı sanksiyalar sərtləşdiriləcək

2018-07-19 13:39:00

 ABŞ-da seçkilərə müdaxilə edənlərə qarşı sanksiyaların sərtləşdirilməsi barədə qanun layihəsi hazırlanır.

Fins.az “İnterfax”a istinadən xəbər verir ki, bu məlumatı Britaniyada çıxan “The Times” qəzeti yayıb.

Bildirilib ki, Respublikaçılar Partiyasından olan senator Mark Rubio və onun demokrat həmkarı Kris Vanq Hollen qanun layihəsini hazırlamağa başlayıb.

Bu sənədə avtomatik olaraq, Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə səbəb olacaq.

Bu ilin noyabrında ABŞ-da konqresə seçkilər keçiriləcək. Bildirilib ki, Rusiyayan bu siyasi kampaniyaya müdaxilə cəhdi hiss edilməkdədir.

“Rusiya və başqa dövlətlərin ABŞ-da keçirilən seçki prosesinə müdaxiləsi ilə bağlı təqdim edilən dəlilllər təsdilənərsə, o zaman prezident 10 gün ərzində sanksiya tətəbiq etməlidir”, - deyə qəzet vurğulayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259