DÜNYA

Tramp 3-cü Dünya Müharibəsinin bu ölkəyə görə başlanacağını dedi
19 İYUL
166

Tramp 3-cü Dünya Müharibəsinin bu ölkəyə görə başlanacağını dedi

2018-07-19 10:08:00

ABŞ prezidenbti Donald Tramp Üçüncü Dünya Müharibəsinin Çernoqoriyaya görə başlaya biləcəyini deyib.

Fins.az xəbər verir ki, “Fox News” telekanalına müsahibəsi zamanı ABŞ prezidentiu NATO-dan narazılığını da ifadə edib.

“NATO-nun üzvlərindən birinə hücumun bütün təşkilata hücum anlamına gəlməsi prinsipi asanlıqla Üçüncü Dünya Müharibəsini alovlandıra bilər. Məsələn, Çernoqoriyada çox azsaylı, lakin aqressiv xalq yaşayır. Onlar kiməsə qəzəblənə bilərlər və təbrik edirəm, Üçüncü Dünya Müharibəsi başladı”-deyə Tramp açıqlama verib.

Trampın fikrincə, bu şəraitdə NATO üzvlərinin hamısı ABŞ-a müdafiə olunduqları üçün pul ödəməlidir.

“Biz onları qoruyuruq, qoy pul ödəsinlər”.

Xatırladaq ki, Çernoqoriya 2017-ci ildə NATO üzvü olub.  

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251