DÜNYA

Fövqəladə vəziyyət rejimi ləğv edildi
19 İYUL
116

Fövqəladə vəziyyət rejimi ləğv edildi

2018-07-19 09:34:00

Türkiyədə bu gün fövqəladə vəziyyət rejimi rəsmən ləğv edilib.

Fins.az-ın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Fövqəladə vəziyyət rejimi bu gün yerli vaxtla 01:00-da  qüvvədən düşüb.  Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də,  hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Sonra isə parlament  fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair ümumilikdə yeddi qərar qəbul edib. 

Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, terrorçuluqla mübarizə davam etdiriləcək. “Təhlükə yarandığı halda ölkədə yenidən fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər”, deyə İ.Kalın vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251