DÜNYA

Büdcə kəsirinə yol verməmək üçün dolayı vergilər tövsiyə edilib
18 İYUL
147

Büdcə kəsirinə yol verməmək üçün dolayı vergilər tövsiyə edilib

2018-07-18 14:31:00

Büdcə kəsirinə yol verməmək üçün dolayı vergilər tövsiyə edilib. Beynlxalq Valyuta Fondu (BVF) vergilərin azaldılmasını və xərclərin artırılmasını kompensasiya etmək məqsədilə ABŞ-a gəlirlərin artırılması üçün dolayı vergilər tətbiq etməyi məsləhət görüb.

Fins.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, ABŞ iqtisadiyyatı haqqında iyulun əvvəlində nəşr edilmiş son hesabatda BVF-nin mövqeyi belədir ki, vergilərin azaldılması və məşğulluq haqqında qanunun tətbiq olunması sayəsində itirilən gəlirlərin və xərclərin azaldılmasının uyğunlaşdırılması yaxın bir neçə il ərzində büdcə kəsirinin əsaslı şəkildə artmasına gətirib çıxaracaq.

“Vergilərin və iş yerlərinin azaldılması haqqında qanunda çoxlu müsbət dəyişikliklər var, Lakin bunların büdcəyə ciddi təsiri var. Vegrilərin azaldılması və məşğulluq haqqında qanunun bir çox müddəalarında göstərilmiş məqsədlərə itirilmiş gəlirlərin dolayı vergilərinin artırılmasının əvəz edilməsi ilə nail olmaq daha yaxış olardı”.- hesabatda qeyd edilib. Məruzədə vergi islahatı tədbirləri ilə bağlı BVF-nin əvvəllər vediyi şərhlər də öz əksini tapıb.

Fondun keçən ay ABŞ-da olmuş missiyasının 2018-ci il üzrə yekun bəyanatında qeyd edilib ki, müəyyən olunmuş korporativ vergi dərəcələrinin OECD-nin təxmini orta və genişləndirilmiş müddəalarına qədər azaldılması investisiyaların stimullaşdırılmasına və baza strukturunun itkisi və gəlirlərin dəyişməsi ilə bağlı motivasiyanın qaldırılmasına şərait yaradacaq.

Bununla yanaşı, BVF gəlirlər üzrə yeni 20 faizlik çıxılmanı tənqid edib. Fond mütəxəssisləri hesab edirlər ki, bu, yüksək gəlir əldə edən insanların vergidən yayınması üçün əhməiyyətli dərəcədə imkanlar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259