DÜNYA

Bu ölkənin dövlət borcu 2 trilyon avronu ötüb
17 İYUL
205

Bu ölkənin dövlət borcu 2 trilyon avronu ötüb

2018-07-17 10:47:00

İtaliyanın mərkəzi bankı “Banca d’Italia”nın məlumatında bildirilir ki, may ayında ölkənin dövlət borcu yeni tarixi rekorda - 2,327 trilyon avroya çatıb.

Fins.az xəbər verir ki, bu rəqəm ötən ayın göstəricisi ilə müqayisədə 14,6 milyard avro çoxdur.

2017-ci ilin sonundan etibarən İtaliyanın borc yükünün üzərinə 84,3 milyard avro əlavə olunub ki, bu da 3,6 % artım deməkdir.

Məlumatda o da qeyd edilib ki, İtaliya dövlət borcunun çoxluğuna görə (o, ölkə ÜDM-nin 130%-dən çoxunu təşkil edir) avrozonada Yunanıstandan sonra ikinci yerdədir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256