DÜNYA

Estoniyanın digərlərindən bir neçə addım irəlidə olmasını təmin edən 8 fakt
16 İYUL
199

Estoniyanın digərlərindən bir neçə addım irəlidə olmasını təmin edən 8 fakt

2018-07-16 12:52:00

Əhalisi 1.3 mln insan təşkil edən Estoniya – Baltikyanı ölkədir.  Buna baxmayaraq, onu ən yenilikçi ölkələrdən biri adlandırmaq olar. Deməli burda seçkilərdə iştirak etmək üçün elektron İD-kartla internetə girmək yetərlidir, proqramlaşdırmanı isə uşaqlara ibtidai məktəbdən öyrədirlər.

Məktəbdə  proqramlaşdırma

2012-ci ildən ətibarən Estoniyada 1-12-ci siniflər üçün pilot layihə olaraq proqramlaşdırma tətbiq edilir. Proqramda 20 təhsil ocağı iştirak edir.  İbtidai sinifdən uşaqlar məntiqi və alqoritmi dərk edirlər, həmçinin Scratch mühitində proqramlaşdırmanı öyrənirlər.

Elektron pasportlar

2002-ci ildən Estoniyada elektron pasportun verilməsinə başlanıldı.  Sahibinin iki yerdə: həqiqi və rəqamsalda kimliyini təsdiq etmək imkanı yaradan kartdır. Ona taxılmış çipdə vətandaş haqqında məlumat yüklənib, həmçinin karta adi imzaynan eyni hüquqa malik olan rəqamsal imza qoşulub. Karta başqa sənədlərdə qoşmaq olar və əğər Avropa Birliyi sərhədlərindən çıxmırsınızsa o, həmdə xarici pasport kimidə çıxış edə bilər.

Evdən çıxmadan səs vermə sistemi

2005-ci ildən etibarən Estoniyada bələdiyyə seçkiləri keçirildikdə, ölkə vətandaşları rəqəmsal kartları ilə öz şəxsiyyətlərini təsdiqləyərək internet vasitəsi ilə seçdikləri namizədə səs verə bilərlər.  Estoniya 2007-ci ildə parlament seçkilərində elektron səsverməni tətbiq edən ilk ölkə idi. 2014-cü ildə Avropa Parlamentinə seçkilərdə 31% seçici bu sistem vasitəsi ilə səs verib.

Pulsuz ictimai nəqliyyat

 

2013-cü ildə, Tallinn, ictimai nəqliyyatın bütün sakinlər üçün pulsuz olduğu dünyanın ilk böyük şəhəri oldu. Paytxat hakimiyyəti bu yolla şəhər sakinlərinin nəqliyyat vərdişini dəyişdirərək onları avtomobillərindən avtobus və trolleybuslara nəql etmək qərarına gəlib.  Şəhərdəki nəqliyyat ödənişi ləğv edilməzdən əvvəl şəhərdə referendum keçirilib və əhalinin ¾ hissəsi nəqliyyatın pulsuz olmasına səs verib. Bir il sonra Tallinin rəhbərliyi proqramın, şəhərin əsas küçələrində tıxacın azalmasına səbəb olduğunu söylədi.

Startaplar ölkəsi

Son məlumatlara görə, Estoniya Avropada üçüncü yerdədir: 100 min əhaliyə 31 startap.

Ölkə startap üçün əlverişli şərait yaradıb. Yeni müəssisənin qeydiyyatı 15 dəqiqə  ərzində həyata keçirilə bilər və bölüşdürülməmiş mənfəət üzrə korporativ gəlir vergisi yoxdur.

İnternet hər yerdə mövcuddur

Meşədə olduğunuz zaman internetə qoşulmağı xəyal edə bilərsiniz? Estoniyada bu mümkündür. Wi-fi vasitəsi ilə pulsuz şəbəkəyə qoşulmaq demək olar ki bütün ictimai yerlərdə, parklarda, meydanlarda, kafe və restoranlarda, qatar stansiyalarında, hava limanlarında və hətda çimərliklərdə mümkündür.

Hər kəs Estoniyanın rezidenti ola bilər

Hər kəs çox çətinlik çəkmədən Estoniyanın e-rezidenti ola bilər. Bu sahibkarlara ölkəni ziyarət etmədən, dünyanın hər hansı bir yerindən, imza etməyə, idarə etməyə, vergiləri ödəməyə imkan yaradır. Bunu etmək üçün sadəcə online ərizə təqdim  etməyiniz yetərlidir. E-rezidentlik ən çox biznesmenlər üçün üstünlük təşkil edir, çünki onlar vergini yalnız çıxarılan kapitaldan ödəyirlətr.

E-rezidentlik Avropa İttifaqından kənarda qeydə alınmış sahibkarlar üçün Estoniyada bir müəssisə qurmaq və bununlada Avropa İttifaqında ofis işini təşkil etmək üçün əlverişli bir imkandır.  Əğər sizdə e-rezident olmaq qərarına gəlsəniz,ərizənizi burdan verə bilərsiniz.

Texnologiya sayəsində böyük bir zaman qənaəti

Estoniyanın elektron sistemində artıq 4000-dən çox xidmət mövcuddur . İD-kartı ilə hər bir estoniyalı 20 dəqiqədən çox vaxt sərf etmədən şirkət aça bilər. Belə bir sistem sayəsində insanlar vaxtlarını növbədə durmağa, kağızları, sənədləri, imza və möhür toplamağa sərf etməyərək qənaət etdiyi vaxtı özlərinə və yaxınlarına ayıra bilərlər.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255