DÜNYA

Liviyanın neft hasilatı azalıb
16 İYUL
129

Liviyanın neft hasilatı azalıb

2018-07-16 11:26:00

Liviyada neft istehsalının azaldığı bildirilir.

Fins.az xəbər verir ki, ölkənin ən böyük neft istehsal edən Şerara bölgəsində neft hasilatı gündəlik 250 min barreldən 80 min barrelə enib. Neft hasilatının azalmasına səbəb kimi təhlükəsizlik tədbirləri ilə bağlı yaranan problemlər göstərilir. Bununla əlaqədar olaraq “Şerara” neft yatağındakı 3 əsas stansiya bağlanıb və yalnız bir stansiyada istehsal davam edir.

Liviya Milli Neft Təşkilatının məlumatına görə, ötən günlərdə silahlı qruplaşma tərəfindən bölgədə çalışan 4 işçi qaçırılıb. Onlardan 3-ü Liviya və biri isə Rumıniya vətəndaşıdır.

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan Liviyanın neft hasilatının gündəlik 708 min barrel olduğu qeyd edilir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259