DÜNYA

ABŞ neft ehtiyatlarından istifadə imkanlarını öyrənir
15 İYUL
189

ABŞ neft ehtiyatlarından istifadə imkanlarını öyrənir

2018-07-15 15:49:00

 ABŞ özünün neft ehtiyatlarını dünya bazarına çıxara bilər. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hazırda həmin ehtiyatlardan istifadə imkanları öyrənilir. 

Əgər Rusiya və Səudiyyə Ərəbistanı sanksiyalara məruz qalmış İran və Venesuelanın neft bazarındakı yerini doldura bilməsə, ABŞ nefti dünya bazarına çıxacaq. 

Xatırladaq ki, təxminən, 1 ay bundan əvvəl Beynəlxalq Enerji Agentliyinin direktoru Fatih Birol bəyan etmişdi ki, bazarda neft təklifinin azalması baş verərsə, ABŞ-ın neft ehtiyatlarından istifadə qiymətlərin qalxmasının qarşısını almaq üçün bir seçim ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256