DÜNYA

Futbol üzrə 2022-ci il dünya çempionatının keçiriləcəyi tarix təsdiqlənib
13 İYUL
500

Futbol üzrə 2022-ci il dünya çempionatının keçiriləcəyi tarix təsdiqlənib

2018-07-13 17:25:00

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının keçiriləcəyi tarix təsdiqlənib. 

Fins.az-ın məlumatına görə, bu barədə FİFA-nın prezidenti Canni İnfantino açıqlama verib. O bildirib ki, növbəti mundial 4 il sonra noyabrın 21-dən dekabrın 18-dək davam edəcək: "Artıq qərar verilib, bütün ölkələrin liqaları bu barədə məlumatlandırılıb. Əminik ki, əla çempionat olacaq. Çünki oyunçular mundiala əla formada qatılacaqlar". 

Qeyd edək ki, DÇ-2018 Rusiyada keçirilir. İyulun 14-də 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə, iyulun 15-də final matçında isə Fransa və Xorvatiya üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251