DÜNYA

Kasıblar üçün vergi güzəşti tətbiq olunacaq
13 İYUL
280

Kasıblar üçün vergi güzəşti tətbiq olunacaq

2018-07-13 16:19:00

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev parlamentin hər iki palatasının birgə iclasında əməkhaqqısı aşağı olan vətəndaşlardan tutulan verginin məbləğini on dəfə azaltmağı təklif edib.

Fins.az vergiler.az saytına istinadla bildirir ki, dövlət başçısı nisbətən az əməkhaqqı alan qazaxıstanlılara yardım məqsədilə 2019-cu il yanvar ayının 1-dən həmin şəxslərin vergi yükünün on dəfə azaldılmasını və onlardan 1 faiz həcmində vergi tutulması təklifini irəli sürüb.

Onun sözlərinə görə, bu addımın atılması ölkənin iki milyon sakininin yaşayışına müsbət təsir göstərəcək: “Muzdlu işçilərin üçdə birindən çoxunun - bu, iki milyondan artıq insan deməkdir - əməkhaqqı işəgötürənlərə əlavə vergi yükü düşmədən artacaq”.

N.Nazarbayev onu da bildirib ki, gələcəkdə Qazaxıstanda fiziki şəxslərin gəlir vergisinin proqressiv şkalası qəbul edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250