DÜNYA

ABŞ İrandan neft alan ölkələrə sanksiya tətbiq etməyə hazırdır
13 İYUL
144

ABŞ İrandan neft alan ölkələrə sanksiya tətbiq etməyə hazırdır

2018-07-13 11:43:00

ABŞ bu ölkənin mövqeyinə zidd olaraq, İran neftini almaqda davam edən istənilən ölkəyə, o cümlədən Rusiya, Çin və digər dövlətlərə sanksiya tətbiq etməyə hazırdır.

Fins.az xəbər verir ki, bu fikri ABŞ-ın maliyyə naziri Stiven Mnuçin konqresdə dünya maliyyə sistemi haqqında illik dinləmələr zamanı səsləndirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranın nüvə proqramı sazişindən çıxdığını bəyan edib. O, İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci dərəcəli, yəni İranla biznes quranlara qarşı da sanksiyaların yenidən tətbiqi barədə məlumat verib. “Altılığın” digər üzvləri ABŞ-ın bu addımına qarşı çıxıblar. Vaşinqtonun Avropadan olan tərəfdaşları İranla sazişə əvvəlki kimi riayət etmək fikrində olduqlarını söyləyiblər.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258