DÜNYA

Leysan yağışları 204 nəfərin həyatına son qoyub
13 İYUL
104

Leysan yağışları 204 nəfərin həyatına son qoyub

2018-07-13 09:56:00

 Yaponiyada leysan yağışlar nəticəsində ölənlərin sayı 204 nəfərə çatıb.

Fins.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Ölkənin Baş Polis İdarəsinə istinadən verilən xəbərə görə, 60-dan çox insan itkin düşmüş sayılır. Onlarla əlaqə saxlamaq mümkün deyil. Yerli fövqəladə xidmətlər polisin və özünümüdafiə qüvvələrinin dəstəyi ilə axtarış və xilasetmə əməliyyatlarını davam etdirir.

Güclü yağışlar ölkədə hələ ötən həftənin ortalarında "Prapirun" qasırğasının təsiri ilə bir sıra fəsadlar törədib. Bəzi ərazilərdə yağıntının miqdarı 1000 mm-ə çatıb. Bu, çayların daşmasına və torpaq sürüşmələrinə səbəb olub.

Bu, Yaponiyada 1953-cü ildən sonra daşqın qurbanlarının sayında qeydə alınmış ən böyük rəqəmdir. Həmin vaxt Küsü adasında 759 nəfər ölüb, 450 mindən çox sakin evsiz qalıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258