DÜNYA

Əcnəbi turistlərin ödədiyi ƏDV onlara qaytarılacaq
12 İYUL
204

Əcnəbi turistlərin ödədiyi ƏDV onlara qaytarılacaq

2018-07-12 12:45:00

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti əcnəbi turistlərin ödədiyi əlavə dəyər vergisinin (ƏDV) onlara qaytarılması Fins.az xəbər verir ki, ƏDV-nin qaytarılması sistemi turizm sahəsinin stimullaşdırılmasına yönəlib. Bu sistem BƏƏ-nin bütün dünyada turistlər üçün sevimli istirahət yeri kimi statusunun möhkəmlənməsinə kömək edəcək. Hakimiyyət orqanlarının bu addımı təsdiq edir ki, Əmirliklərin strategiyası ölkədə vergi sisteminin səmərəliliyinin artırılmasına yönəlib.

Bildirilir ki, 2018-ci ilin dördüncü rübündə tətbiq ediləcək bu sistemin həyata keçirilməsinə müvafiq sahənin ən yaxşı mütəxəssisləri cəlb olunacaq. Turistlərə ƏDV-nin qaytarılması üçün xüsusi məntəqələr yaradılacaq.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259