DÜNYA

ABŞ-ın neft ehtiyatları kəskin azalıb
12 İYUL
123

ABŞ-ın neft ehtiyatları kəskin azalıb

2018-07-12 12:37:00

ABŞ-ın xam neft ehtiyatları kəskin azalıb.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 12,6 milyon barrel (3 faiz) azalaraq 405,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların isə 4,5 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 1,2 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 0,7 milyon barrel (0,3 faiz) azalaraq 239 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların 0,7 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,5 milyon barrel azalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253