DÜNYA

Gürcüstanın hökumət administrasiyasına yeni rəhbər təyin olunub
12 İYUL
183

Gürcüstanın hökumət administrasiyasına yeni rəhbər təyin olunub

2018-07-12 11:07:00

Kaxa Kaxişvili Gürcüstanın hökumət administrasiyasının rəhbəri təyin olunub.

Fins.az-ın məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

Baş nazir K. Kaxişvilinin hökumətin ən uğurlu nazirlərindən biri olduğunu deyib.

Qeyd edək ki, K. Kaxişvili 2015-ci ildən cəzaların icrası və probasiya naziri olub. Hökumətdə həyata keçirilmiş struktur dəyişikliklərinə əsasən, onun rəhbərlik etdiyi nazirlik Ədliyyə Nazirliyinə birləşdirilir. Hökumət administrasiyasının keçmiş rəhbəri Şalva Tadumadze ötən gün ölkənin baş prokuroru vəzifəsinə təyin olunub.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250