DÜNYA

Tramp "boru kəməri dollarları"nın Rusiyaya axınından qəzəblənib
12 İYUL
176

Tramp "boru kəməri dollarları"nın Rusiyaya axınından qəzəblənib

2018-07-12 09:39:00

 ABŞ prezidenti Donald Tramp "boru kəməri dollarları"nın Rusiyaya axınından qəzəblənib.

Fins.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

Birləşmiş Ştatlar prezidenti özünün səhifəsində yazıb ki, Avropanın pis sərhədləri Rusiyaya "boru kəməri dollar"ları axınının qarşısını ala bilməz.

"Avropanın sərhədləri pisdir! Boru kəməri dollarlarının Rusiyaya (axını) qəbuledilməzdir", - deyə Tramp yazıb.

Dövlət başçısı qeyd edib ki, NATO ölkələri onun ötənilki səfərindən "əlavə milyardlarla dollar" xərcləyir, amma bu, yenə də kifayət deyil. Amerika lideri həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Avropaya dəstək üçün həddən çox pul xərcləyir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258